Gündoğanın “Barselona” ilə müqaviləyə daxil etdiyi şərt

Almaniyalı futbolçu İlkay Gündoğan “Barselona” ilə müqaviləyə klubdan ayrılmaq şərtini daxil edib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi müqaviləyə La Liqada qeydiyyat zəmanəti ilə bağlı bəndin daxil edilməsində israr edib. Kataloniya klubunun bunun baş verəcəyinə dair təminatlarına baxmayaraq, futbolçu rəsmi zəmanət istəyirdi.

Daha əvvəl tərəflər 2+1 şərti ilə müqavilə imzalayıblar.

Müqavilədə qeyd olunur ki, “Barselona” Gündoğanı La Liqanın yeni mövsümünün ilk dövrəsindən əvvəl (şərti olaraq 11-13 avqust) qeydiyyatdan keçirəcək. Bu baş verməsə, almaniyalı futbolçunun klubu azad agent kimi tərk etmək hüququ olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button