
“Aston Villa” Reşfordu gözləyir
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun tezliklə kluba mümkün gəlişi ilə bağlı suala cavab verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bazar gününə və ya bazar ertəsinə qədər gözləyəcəyini bildirib:
“Reşford? Bazar və ya bazar ertəsinə qədər gözləyəcəm. Biz gedən oyunçuların yerini doldurmalıyıq, klub bunun üzərində işləyir”.
Müxtəlif mənbələrdən verilən məlumata görə, 27 yaşlı futbolçu yaxın günlərdə Birmingem klubuna keçəcək. O, mövsümün qalan hissəsini burada keçirəcək və müqavilədə satınalma variantı da var.
“Aston Villa” yanvarın son günündə hücumçusu Con Duranı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna 77 milyon avroya satıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin