“Gələn həftə nələrin baş verəcəyinə özünüz şahidlik edəcəksiz”

“Arsenal”ın futbolçusu Qranit Caka komandadan ayrılacağına dair yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, “gələn həftə nələrin baş verəcəyinə özünüz şahidlik edəcəksiz” sözlərini dilə gətirib.

Öncədən 30 yaşlı futbolçunun Almaniya “Bayer”indən (Leverkuzen) təklif aldığı bildirilirdi.

Caka cari mövsümdə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button