Həbsxanadan çıxdı, “həyatımın ən yaxşı bir ayını orda keçirdim” dedi

İngiltərə Çempionşipində “Birmingem”lə “Aston Villa” arasında keçirilən matçda (0:1) meydana daxil olaraq, “Aston Villa”nın futbolçusu Cek Qrilişə zərbə vurduğu üçün bir aylıq həbs cəzası alan Pol Miçel adlı azarkeş azadlığa çıxıb.

Komanda.az xəbər verir ki, həbs müddətini tamamlayan Miçel, İngiltərə mətbuatına açıqlama verib. O, həbsxanada gözəl günlər keçirdiyini deyib:

“Azadlığa çıxdığım üçün xoşbəxtəm, ancaq həyatımın ən yaxşı bir ayını orda keçirdim. Ailəmdən ayrı qalmaq çətin idi. Buna baxmayaraq, gözəl günlər idi.”

“Birmingem” – “Aston Villa” matçının 10-cu dəqiqəsində meydana girən Miçel, “Aston Villa”lı Cek Qrilişə arxadan yumruqla zərbə vurmuşdu. Birmingem məhkəməsi azarkeşə bir ay həbs cəzası vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button