“Real”da olan hər kəsi sadəcə bu oyun maraqlandırır” – Zidan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan, La Liqanın 17-ci turunda keçirəcəkləri “Valensiya” ilə oyundan əvvəl açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, oyunla bağlı danışan fransalı mütəxəssis, “Barselona” ilə keçirəcəkləri “el klasiko” matçı haqda da fikirlərini bildirib:

“Rəqibin hansı səviyyədə olduğunu bilirik. Ən yaxşı oyunumuzu göstərmək, komanda olaraq irəliləmək istəyirik. Baş məşqçi hər zaman son sözü deyən şəxsdir. Tez-tez futbolçularımla danışır, necə hiss etdiklərini öyrənmək istəyirəm. Futbolçularımın hər biri mənim üçün çox vacibdir. Hər zaman bildirmişəm ki, 25 futbolçunun hər birini meydanda görmək istəyirəm.

“El klasiko”ya gəlincə, bu oyun barədə düşünmürük. Sadəcə “Valensiya” ilə oyuna köklənmişik. “Real”da olan hər kəsi sadəcə bu oyun maraqlandırır. Bu qarşılaşma bizim üçün ən vacibidir”.

Mütəxəssis, adı “Real”la yanaşı çəkilən PSJ-nin futbolçusu Kilian Mbappe ilə bağlı da danışıb:

“O, PSJ-nin futbolçusudur və orda baş verənlərlə bağlı fikir bildirməyəcəm. Bu, hörmətsizlik olar. İnsanlar Kilianı nə qədər yaxşı tanıdığımı bilir”.

“Valensiya” – “Real” oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button