“Futbolçularım çox sadəlövh oynadılar” – Kuman

Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Fransa ilə oyunundan sonra (0:4) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı oynamadıqlarını deyib:

“Topu qapının 20 metrliyində itirdik və güclü rəqib tərəfindən cəzalandırıldıq. Futbolçularım çox sadəlövh oynadılar.

Təəssüf ki, bir çox futbolçum virusa yoluxduğu üçün oyunu buraxdı. Lakin əsas məsələ bu deyil. Şübhəsiz ki, yaxşı oynamadıq”.

Niderland millisi hazırda AÇ-2024-ün B qrupunda 0 xalla sonuncu, Fransa isə 3 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button