
Futbolçulardan Amorimə tam dəstək
“Mançester Yunayted”in futbolçuları baş məşqçi Ruben Amorimin arxasındadır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub daxilində keçirilən daxili sorğunun nəticələri oyunçuların portuqaliyalı mütəxəssisə tam dəstək verdiyini göstərib.
Amorimin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 7 turundan sonra 10 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Liverpul”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



