AÇ-2020: Rusiya ilə oyundan əvvəl Belçika yığmasında 2 ciddi itki

Futbol üzrə Belçika milli komandası AÇ-2020-nin qrup mərhələsinin ilk turu çərçivəsində Rusiya yığması ilə qarşılaşacağı oyuna ciddi itkilərlə çıxacaq.

Komanda.az xəbər verir ki, Belçika millisinin yarımmüdafiəçiləri Kevin de Bruyne və Aksel Vitsel Rusiya ilə matçı buraxacaq. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu zədə səbəbindən Rusiya ilə oyunda iştirak edə bilməyəcək.

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Belçika – Rusiya matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button