Paşayevin komandasının yarımfinaldakı rəqibi bilindi

Futbol üzrə Ukrayna kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” bu mərhələdə “Zarya” ilə qarşılaşacaq.

Kiyev “Dinamo”sunun rəqibi isə “Aqrobiznes” komandası olacaq.

Ukrayna kuboku, yarımfinal mərhələsi

Aqrobiznes (Voloçisk) – Dinamo (Kiyev)
Aleksandriya – Zarya (Luqansk)