İtaliya kubokunda format dəyişikliyi

Futbol üzrə İtaliya kubokunun formatı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bundan sonra kubokda yalnız A və B Seriyası klubları iştirak edə biləcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliya kubokunda yeni mövsümdən A və B Seriyasında mübarizə aparan klublar iştirak edəcək.

İtaliya kubokunun dəyərini və turnirə olan marağı daha da artırmaq üçün belə qərar verilib. Bunan əvvəl turnirdə C və D Seriyası klubları da iştirak edirdi.

İtaliya kubokunda bu mövsümün finalı mayın 19-da, “Atalanta” və “Yuventus” komandaları arasında keçiriləcək.