“Səbail” “Turan Tovuz”la “sülh bağladı”

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Sumqayıt-2” “Qaradağ Lökbatan”ı, “Neftçi-2” isə “Keşlə-2″ni minimal hesabla məğlub edib.

Gəncənin “Kəpəz” klubu azlıqda qalmasına baxmayaraq, səfərdə MOİK-i məğlub etməyi bacarıb. “Sabah-2” isə “Zaqatala”ya 3 qolla qalib gəlib.

Tura bu gün keçirilən “Turan Tovuz” – “Səbail-2” matçıyla yekun vurulub. Qarşılaşma qolsuz bərabərliklə bitib.

Birinci divizion, 14-cü tur

6 fevral

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:0
Qol:
Cəlal Cəbrayılov, 90+2.
Qırmızı vərəqə: Tahir Zeynalov, 66 (“Sumqayıt-2”)
Hakimlər: Rauf Allahverdiyev, Mübariz Haşımov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

Keşlə-2 – Neftçi-2 0:1
Qol:
Əlibəy Məmmədli, 80.
Qırmızı vərəqə: İbrahim Əliyev, 90+4 (“Neftçi-2”)
Hakimlər: Rəşad Əhmədov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov,, İslam Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“AZAL Arena”

MOİK – Kəpəz 0:1
Qol:
Tural Qürbətov, 47.
Qırmızı vərəqə: Orxan Abdullayev, 90+2 (“Kəpəz”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu

Sabah-2 – Zaqatala 3:1
Qol:
Fərid Kazımzadə, 64. Bəxtiyar Soltanov, 79; 85 – Bəhruz Teymurov, 43-pen.
Qırmızı vərəqə: Bəhruz Teymurov, 48 (“Zaqatala”)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Əmrah İsmayılov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena” (ehtiyat meydança)

7 fevral

Turan Tovuz – Səbail-2 0:0
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Elxan Əsgərzadə, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Qeyd 1: Bu tur “Qarabağ-2” komandası istirahət edib.
Qeyd 2: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün “Ağsu” – “Zirə-2” matçı keçirilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button