PSJ-nin futbolçusunda koronavirus aşkarlandı

Fransanın PSJ klubunun futbolçusu Marko Verrattidə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtalyan futbolçunun koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.

Verratti PSJ-nin Liqa 1-də “Lill” və Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacağı matçı buraxacaq.