“Xəyal qırıqlığı yaşadığım vaxtlar olub” – Mbappe

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, böyük klubda oynamaq istədiyini söyləyib:

“Gələcəyim? Bu haqda nəsə demək asan deyil. Nə olur olsun, böyük klubda oynayacam. Xəyal qırıqlığı yaşadığım vaxtlar olub. Getmək istəyirdim, amma 3-cü divizionda oynamaq istəmirdim”.

Mbappenin adı “Real”la hallanır. “Kral klubu” yayda futbolçu üçün PSJ-yə 200 milyon avro təklif etsə də, keçid baş tutmamışdı.