PSJ Mbappeyə əvəzləyici tapdı

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçu komandadan ayrılacağı halda, “Bavariya”dan Robert Levandovskini transfer etməyə çalışacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

PSJ Mbappenin gedişindən sonra onun yerini Levandovski ilə doldurmaq istəyir. Paris klubu ancaq franslı hücumçunun satılmasından sonra Levandovski üçün danışıqlara başlayacaq.

Almaniya mətbuatı polşalı hücumçunun “Bavariya”dan ayrılmaq niyyətində olduğunu iddia edir.

Mbappenin adı “Real”la hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button