PSJ-li üçün mövsüm bitdi

Fransanın PSJ klubu ciddi iti ilə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb. İtalyan futbolçu üçün mövsüm bitib. Verrattinin AÇ-2020-yə hazır olub-olmayacağı hələ məlum deyil.

28 yaşlı futbolçu bu mövsüm PSJ ilə 31 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb. Paris təmsilçisi Liqa 1-də 2-ci sıradadır.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İtaliya yığması turnirin qrup mərhələsində Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.