“Lill”in türk futbolçusu koronavirusdan sağaldı

Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirusdan sağalan Yusuf artıq komanda ilə məşqlərə başlayıb.

Türkiyəli futbolçuda aprelin 3-də koronavirus aşkarlanmışdı.