Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrə “Bazel”indən Edon Zerqovanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Lill” Edon üçün “Bazel”ə 7 milyon avro ödəyib.