Fransa klubu “Barselona”nın futbolçusu üçün danışıqlara başladı

“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını “Marsel”də davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Fransa klubu artıq Kataloniya təmsilçisi ilə ilkin danışıqlar aparıb.

Son mövsümdə “Beşiktaş”da icarə əsasında çıxış edən 32 yaşlı bosniyalının “Marsel”ə transferi reallaşa bilər. Çünki yarımmüdafiəçi “Barsa”nın baş məşqçisi Xavinin planlarına daxil deyil.

Pyaniç “Beşiktaş”da 26 oyun keçirib və 4 məhsuldar ötürmə verib.

Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button