“Fransa stadionlar və infrastruktur baxımından bütün Avropanı qabaqlayır”

İtaliya millisinin və “Beşiktaş”ın sabiq hücumçusu Çiro İmmobile Fransa çempionatına keçidindən sonra ölkə futbolu və infrastruktur barədə fikirlərini bölüşüb.

Komanda.az “SoFoot”-a istinadən xəbər verir ki, italiyalı futbolçu, Fransanın hazırda Avropada stadionlar və ümumi futbol infrastrukturu baxımından lider mövqedə olduğunu bildirib:

“Fransa stadionlar və infrastruktur baxımından bütün Avropanı qabaqlayır. İtaliya təmsilçiləri bu sahədə ən azından “Lion” və ya “Strasburq” kimi klublardan nümunə götürməlidir”.

36 yaşlı forvard hazırda “Paris”in rənglərini qoruyur.

Fransadakı bir çox stadionlar 2016-cı ildə orada keçirilən Avropa çempionatına hazırlıq çərçivəsində yenidən modernləşdirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button