2019-cu ilin ən çox qazanan futbolçusu

“Forbes” jurnalı 2019-cu ildə ən çox qazanan futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində “Barselona”nın futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçunun illik qazancı 127 milyon avrodur.

Siyahının 2-ci pilləsində 109 milyonla “Yuventus”dan Kriştiano Ronaldo, 3-cü isə PSJ-dən Neymardır. Braziliyalı hücumçu 105 milyon avro qazanır.

Messi karyerasında ilk dəfə “Forbes” jurnalı tərəfindən ilin ən çox qazananları siyahısında ilk pillədə olub.