“Foden növbəti 15 il ərzində futbol tarixinə düşə bilər” – De Bruyne

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne komandanın cinah oyunçusu Fil Fodenin istedadını tərifləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun böyük istedada malik olduğunu söyləyib:

“O, indiyə qədər birlikdə oynadığım ən böyük istedadlardan biridir. Foden növbəti 15 il ərzində futbol tarixinə düşə bilər”.

Foden bu mövsüm bütün yarışlarda 45 matçda iştirak edib, 22 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button