Flikin əvəzolunmaz oyunçusu odur

“Barselona”nın müdafiəçilərindən yalnız birini Hans-Diter Flikin komandasında şəksiz start heyət oyunçusu hesab etmək olar.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu yaxınlarda 18 yaşını qeyd edən Pau Kubarsini əvəzolunmaz hesab edir.

İspaniyalı futbolçu komandanın yeganə mərkəz müdafiəçisidir ki, hansısa matç üçün heyət müəyyənləşdirilərkən namizədliyi şübhə doğurmur. Flik üçün sual Ronald Arauxo və İniqo Martinesin mövqe uğrunda mübarizəsində əsas oyunçunun kim olacağıdır. O da bildirilir ki, alman çalışdırıcı ən vacib qarşılaşmalarda ikinci mərkəz müdafiəçisinin seçimi ilə bağlı qərar verməkdə xüsusilə çətinlik çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button