Flik millini Bundesliqa klubu ilə müqayisə etdi

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik yığma komanda ilə “Bayern”i müqayisə edib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Münhen təmsilçisinin oyunçuları haqqında danışıb:

“Bayern”dəki işlə milli komandadakı işi müqayisə etmək çətindir. “Bayern”i bəyənirəm, komandada yaxşı futbolçular var. Çoxu əvvəlcə uğur qazanacağımızı düşünmürdü. Ümid edirəm ki, Qətərdə Almaniya millisi ilə oxşar nəticələr qazanacağıq”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək. Almaniya millisi qrup mərhələsində İspaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button