İtaliyadan Braziliyaya

İtaliyanın “Fiorentina” klubu braziliyalı müdafiəçisi Vitor Hüqo ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ölkəsinin “Palmeyras” klubuna transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Hüqo köhnə-yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Amma transferin maliyyə detalları barədə açıqlama verilməyib.

Braziliyalı futbolçu 2015-2017-ci illər aralığında da “Palmeyras”da çıxış edib. O, “Fiorentina”ya məhz bu klubdan transfer olunmuşdu. Florensiya klubunda iki mövsüm ərzində 49 oyuna çıxıb, 1 qola imza atan müdafiəçi, daha öncə Braziliyada “Santo Andre”, “İtuano”, “Sport Resife”, “Keara” və “Amerika Mineyro” komandalarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button