“Barselona”ya keçməklə səhv etdim”

“Fiorentina” klubunun futbolçusu Kevin-Prins Boatenq açıqlama verib.

Komanda.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinə danışan qanalı yarımmüdafiəçi, ötən mövsüm “Barselona”ya getməklə səhv qərar verdiyini deyib:

“Barselona”ya keçməklə səhv etdim. Bəlkə də, həyatımın ən pis qərarını verdim. Oyun praktikam yox idi, oynamırdım. Özümü hazır olmağa və psixoloji cəhətdən sınmamağa məcbur etməli idim”.

Ötən mövsümün ikinci yarısında icarə əsasında “Sassuolo”dan “Barselona”ya keçən Boatenq, La Liqada üç oyuna çıxmışdı. 32 yaşlı futbolçu bu yay “Fiorentina”ya transfer olunub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button