Ronaldo Ronaldonu niyə sevmir?

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand braziliyalı keçmiş futbolçu Ronaldonun niyə portuqaliyalı Kriştiano Ronaldonu sevmədiyini açıqlayıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Ferdinand onlar arasında adla bağlı fikir ayrılığı olduğunu düşündüyünü bildirib:

“Sanki Ronaldo deyir: “Sən mənim adımı futboldan götürmüsən”. Buna görə də, onun portuqaliyalıya qarşı iddiası var”.

Əvvəllər Ronaldo futbol tarixinin ən yaxşı 8 hücumçusunun reytinqini tərtib edib və Kriştianonu ora daxil etməyib.

“Əl-Nəsr”də forma geyinən 39 yaşlı Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 22 oyun keçirib, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button