“Çoxu onun “Mançester Yunayted”dən getməsini istəyir” – Ferdinand

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand klubla müqaviləsi bitən qapıçı David de Xea haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı qolkiperin dəfələrlə İngiltərə klubunda ilin futbolçusu seçildiyini xatırladıb:

“O, həmişə komandanın əla oyunçusu olub. 12 ildir ki, “Mançester Yunayted”də çıxış edir. Dəfələrlə ilin futbolçusu olub. Məncə, klubların çoxu onu heyətinə qatmağa çalışacaq.

Çoxu onun “Mançester Yunayted”dən getməsini istəyir. Bu məsələ ilə bağlı hazırda məyusam”.

De Xea 2011-ci ilin iyulundan “qırmızı şeytanlar”ın formasını geyinirdi. O, 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 58 oyuna çıxıb, 61 qol buraxıb və 25 dəfə qapısını toxunulmaz saxlayıb.

De Xeanın klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button