Fatinin agentindən “Barselona”ya xəbərdarlıq

“Barselona”nın hücumçusu Ansu Fati bu mövsümün sonunda klubdan ayrıla bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, futbolçunun agenti Jorje Mendeş Kataloniya klubuna xəbərdarlıq edib. Ki, Fatiyə daha çox oynamaq şansı verilməsə, gələn ilin yayında “Barsa”dan ayrılacaq.

Xəbərdə qeyd olunur ki, 19 yaşlı hücumçu ilə müqavilə 2027-ci ilə qədər qüvvədə olduğu və onun təzminat məbləği 1 milyard avro olduğu üçün Kataloniya klubunun rəhbərliyi bu məsələyə sakit yanaşır.

Daha əvvəl bildirilirdi ki, Fati “Barselona”dakı durumundan narazıdır. O, əsas heyət oyunçusu olmaq istəyir, lakin baş məşqçi Xavi buna razı deyil.

Fati bu mövsüm La Liqada 11 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button