Fati “Barselona”dan ayrılır?

“Barselona”nın futbolçusu Ansu Fati başqa kluba keçəcəyini istisna etməyib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı forvard öncədən Kataloniya təmsilçisində start heyətində çıxış etmək uğrunda mübarizə aparmaq istəyirdisə, artıq fikrini dəyişib.

Öncədən Səudiyyə Ərəbistanından “Əl-Hilal”ın və Fransadan PSJ-nin Fati ilə maraqlandığı haqda xəbər də yayılmışdı.

Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, ötən mövsüm İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və 4 qolun məhsuldar ötürməsini edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button