“Fənərbaxça”nın rəqibində baş məşqçi istefası

“Fənərbaxça” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Bolqarıstan təmsilçisi “Ludoqorets”də rəhbərlik və məşqçi heyəti istefa verib.

Komanda.az xəbər verir ki, buna səbəb turnirin 2-ci turunda Danimarka klubu “Norşellannd”a böyükhesablı məğlubiyyət olub.

Səfərdə 1:7 hesabı ilə uduzan Razqrad komandasında məsuliyyəti üzərinə götürən idarə heyəti və baş məşqçi İvaylo Petev vəzifəsindən ayrılıb. Klubun sahibləri Kiril Domusçiev ve Georgi Domusçiev tezliklə yeni idarə heyətini formalaşdıracaq və baş məşqçi təyin edəcək.

“Ludoqorets” qrupda növbəti oyununu oktyabrın 26-da Türkiyədə “Fənərbaxça”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button