Niderland klubu Eriksenlə maraqlanır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, danimarkalı futbolçunun Niderland çempionatında oynamaq imkanı var. “Ayaks” 32 yaşlı futbolçunun vəziyyəti ilə maraqlanır. 

Eriksen daha əvvəl 2010-2013-cü illərdə “Ayaks”da çıxış edib.

Futbolçu İngiltərə Premyer Liqasında ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 22 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button