Ən qalmaqallı 10 transfer – SİYAHI

Azarkeşləri ən çox qıcıqlandıran transferlərin siyahısı açıqlanıb.

Komanda.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, ilk pillədə 2000-ci ildə “Barselona”dan “Real”a keçən Luiş Fiqu yer alıb.

Sol Kempbell 2-ci (“Tottenhem”dən “Arsenal”a), Roberto Bacco isə 3-cüdür (“Fiorentina”dan “Yuventus”a).

Ən qalmaqallı 10 transfer:

1. 2000-ci ildə “Barselona”dan “Real”a keçən Luiş Fiqu

2. Sol Kempbell – 2001-ci ildə “Tottenhem”dən “Arsenal”a keçib

3. Roberto Bacco – “Fiorentina”dan “Yuventus”a, 1990-cı il

4. Yohan Kroyff 1983-cü ildə “Ayaks”dan “Feyenoord”a keçib

5. 1960-cı ildə “Sportinq”dən “Benfika”ya keçən Eysebio

6. Mo Conston 1989-cu ildə “Nant”dan “Reyncers”ə transfer olunub

7. Dieqo Maradona – 1991-ci ildə “Napoli”dən ayrılıb, daha sonra “Sevilya”da oynayıb.

8. Eşli Koul 2006-cı ildə “Arsenal”dan “Çelsi”yə keçib.

9. Mario Getse 2013-cü ildə “Borussiya”dan (Dortmund) “Bayern”ə keçib

10. Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə transfer olunub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button