
“Qarabağ” rəsmisindən adı “Komo” ilə hallanan Cəfərquliyev haqda açıqlama
Son günlərdə “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin İtaliyanın “Komo” klubundan təklif aldığı iddiaları yayılıb.
Bununla bağlı “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bildirdi ki, A Seriyası klubundan Cəfərquliyev üçün heç bir rəsmi təklif olmayıb:
“Hazırda Elvinlə bağlı heç bir rəsmi təklif yoxdur. Rəsmi müraciət olunarsa, mətbuata açıqlayacağıq”.
Hacıyev, “Komo”dan başqa da heç bir xarici klubun Elvinlə bağlı rəsmi təklifinin olmadığını söylədi.
Cəfərquliyev “Qarabağ”la yanaşı, Azərbaycan millisinin də aparıcı üzvüdür.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



