Kavani meydana çıxmaq istəməyib

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo hücumçu Edinson Kavaninin debütü ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı məşqçi, futbolçunun öz formasına şübhə etdiyini deyib:

“Edinson debüt etmək istəmirdi. Formada olmasına şübhə edirdi. Amma qərara gəldim ki, o, start heyətində meydana çıxmalıdır. Qərarımdan çox məmnunam. Edinson əsas komandada oynamaq üçün hər şeyə sahib olan oyunçulardan biridir. Əksinə, o, formasını yaxşılaşdırmaq üçün daha çox oynamalıdır”.

İspaniya çempionatının “Selta” ilə matçında (3:0) 35 yaşlı uruqvaylı 72 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button