“Arsenal”ın azarkeşlərini belə ələ saldı – FOTO

“Mançester Siti” İngiltərə Premyer Liqasının 33-cü turunda “Arsenal”ı məğlub edib (4:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in qapıçısı Ederson qonaqların azarkeşlərini ələ salıb.

Oyunun əsas vaxtının sonuna əlavə edilən 5-ci dəqiqədə meydan sahiblərinin 4-cü qolunu norveçli hücumçu Erlinq Haland vurub. Həmin qoldan sonra braziliyalı qolkiper üzünü “topçular”ın azarkeşlərinə tutub və ağlayan uşaq obrazını canlandırıb.

MS hazırda İngiltərə çempionatının turnir cədvəlində 73 xalla ikinci, “topçular” isə 75 xalla birincidir. Xatırladaq ki, “Mançester Siti” iki oyun az keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button