“Müdafiə baxımından dünyanın ən yaxşısıyıq” – İspaniya millisinin baş məşqçisi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasının müdafiədəki çıxışından danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, həmçinin Norveç yığmasının hücumçularından söz açıb:

“Güclü müdafiəçilərimiz var. Amma mən bilirəm ki, növbəti rəqibimiz olan Norveç millisinin güclü, hündürboy hücumçuları var və onlar bizim işimizi çətinləşdirə bilərlər.

Biz həqiqətən də bütün cüzi vaxtımızı ideyalara, onları planlaşdırmağa sərf edirik. Düşünürəm ki, müdafiə baxımından dünyanın ən yaxşısıyıq. Bütün bu uğurların oyunçulara, onların göstərdikləri bütün səylərə, fədakarlıqlara aid olduğunu açıq şəkildə bildirmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button