“Düşünmürəm ki, Keyn “Tottenhem”də bir kubok belə, qazana bilməyəcəyinə əmin idi”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu hücumçu Harri Keynin komandanı kuboklar qazanmaq üçün tərk etdiyini düşünmür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis, “Bayern”in ingiltərəli futbolçusunun yeni çağırış etmək istədiyini bildirib:

“O, yeni bir çağırış etmək və özünü başqa çempionatda sınamaq istədiyini deyəndə çox aydın idi. Uzun müddət eyni komandada çıxış etdi. Onun qərar verməli olduğu vaxt gəldi: komandada qal və ya yeni yerə köç. Düşünmürəm ki, Keyn “Tottenhem”də bir kubok belə, qazana bilməyəcəyinə əmin idi”.

Keyn “Bayern”ə ötən yay “Tottenhem”dən keçib. 30 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 39 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button