Klublararası dünya çempionatının topu təqdim edildi – FOTO

FİFA dekabrın 11-dən 22-dək Səudiyyə Ərəbistanında keçiriləcək 2023-cü il Klublararası dünya çempionatının topunu təqdim edib.

Komanda.az xəbər verir ki, top çəhrayı, narıncı, qara və ağ rəng tonlarındadır.

Turnirdə yeddi komanda iştirak edəcək. Bunlar “Fluminense”, “Mançester Siti”, “Urava Red Daymonds”, “Leon”, “Əl-Əhli”, “Ouklend Siti” və “Əl-İttihad”dır.

2022-ci ildə Klublararası dünya çempionatının qalibi finalda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına qalib gələn (5:3) “Real” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button