Dünya çempionatı: Azərbaycan minifutbol millisinin oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, yığma komanda G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov “tvitter” səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.

Dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button