
Dorqu keçmiş baş məşqçisinin sözlərindən inciyib
“Mançester Yunayted”in sol cinah futbolçusu Patrik Dorqu, sabiq baş məşqçisi Ruben Amorimin onun oyunu ilə bağlı açıqlamalarından məyus olduğunu etiraf edib. Portuqaliyalı mütəxəssis 2025-ci ilin sonlarında futbolçu haqda “Dorqu hər dəfə topu ələ keçirəndə narahat olur” söyləmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu bunu deyib:
“Bu sözlərdən bir az incidim. Bir məşqçi sənin haqqında pis bir şey deyəndə, bu, qaçılmaz olaraq sənə təsir edir. Mən bundan dərs çıxarmağa və oyunumu yaxşılaşdırmağa çalışdım. Amorim qovulmazdan əvvəl belə, özümə inam qazanmağa başladım və yaxşı formada idim”.
Ruben Amorim yanvar ayında “Mançester Yunayted”in baş məşqçi postundan uzaqlaşdırılıb və onun yerinə Maykl Karrik təyin edilib.
Bizi Facebook-da izləyin



