“Dibalanın artıq əvvəlki istedadı yoxdur” – keçmiş futbolçu

“Yuventus”un sabiq futbolçusu Alessio Takinardi hücumçu Paulo Dibalanın “İnter”ə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Takinardi, Dibalanın əvvəlki kimi olmadığını deyib:

“Məsələn, bir neçə mövsüm əvvəl Dibalanı “Barselona”da görmək mənim üçün qəribə olardı. Son illərdə o, sadəcə meydançada gəzir. Son 15 metrdə istedadınızı itirdiyiniz zaman çox şey əldən verirsiz. Mənə elə gəlir ki, Dibalanın artıq əvəlki istedadı yoxdur”.

Daha əvvəl Dibalanın “İnter”lə 3 illik müqavilə imzalayacağı deyilmişdi.

28 yaşlı argentinalı futbolçu ötən mövsüm “Yuventus”un heyətində 39 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. O, Turin klubundan azad agent kimi ayrılır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button