Argentinalı futbolçudan Matteusa sərt cavab

“Benfika”nın və Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria “Bayern”in sabiq futbolçusu Lotar Matteusun “İnter Mayami”nin hücumçusu Lionel Messinin “qızıl top”a layiq olmadığı barədə açıqlamasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Di Maria sosial şəbəkədə almaniyalı keçmiş futbolçuya “Get, başqa yerdə ağla” cavabını verib.

Bundan əvvəl Matteus 2023-cü ilin “qızıl top” mərasimini şou adlandırıb. Onun sözlərinə görə, “Mançester Siti”nin hücumçusu Erlinq Haland mükafata Messidən daha çox layiq olub.

Messi 8-ci dəfə “qızıl top”u qazanıb. Səsvermədə 36 yaşlı argentinalı hücumçu müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Haland və Kilian Mbappeni qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button