“Di Maria ilə oynamaq şərəfdir” – Vlahoviç

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Çempionlar Liqasında “Makkabi”yə (Hayfa) qalib gəldikləri oyun (3:1) haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox qol vura biləcəyini deyib:

“Biz özümüzü oyuna düzgün hazırlamışdıq. Şadam ki, qalib gəldik, amma daha çox qol vura bilərdim.

Di Maria ilə oynamaq çox xoşdur, bu, əlbəttə ki, şərəfdir. Biz hamımız ondan nələrsə öyrənirik”.

Oktyabrın 11-də “Yuventus” qrup mərhələsinin 4-cü turunun matçında yenidən “Makkabi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button