Deyvisin “Real”a keçidi baş tutmayacaq

“Bayern”in müdafiəçisi Alfonso Deyvisin “Real”a transferi baş tutmayacaq.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi artıq sol cinah müdafiəçisi mövqeyini gücləndirmək niyyətində deyil.

“Real”ın daha əvvəl keçidlə bağlı Deyvislə şifahi razılığa gəldiyi bildirilirdi.

Deyvis bu mövsüm 31 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Kanadalı futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button