Depay Premyer Liqa klublarının hədəfində

“Barselona”nın hücumçusu Memfis Depay karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, niderlandlı forvard Premyer Liqa klublarının hədəfindədir. Lakin 28 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlar başlamayıb.

Depay Kataloniya klubunda qalmaq arzusundadır. Lakin o, müntəzəm olaraq əsas heyətdə oynamaq istəyir. Hücum xəttindəki rəqabəti nəzərə alan “Barselona” rəhbərliyi yayda futbolçunun satılmasına qarşı deyil.

Depay bu mövsüm bütün turnirlərdə 34 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button