Dembele PSJ ilə 5 illik müqaviləyə razılaşıb

Osman Dembele “Barselona”dan PSJ-yə keçməyə razılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ fransalı futbolçunun agenti ilə şifahi olaraq beş illik müqavilə imzalayıb.

Bundan əlavə, parislilər “Barselona”ya 50 milyon avroluq sərbəst buraxılış maddəsini aktivləşdirməyə hazır olduqlarını bildirən rəsmi məktub göndəriblər. PSJ müqaviləni bağlamaq üçün hər şeyi etməyə çalışır. Hər şey zamandan asılıdır – avqustun 1-dən “Barselona”nın cinah oyunçusunun təzminatı ikiqat artacaq.

Daha əvvəl məlum olmuşdu ki, Dembele “Barselona”nın 2027-ci ilə qədər nəzərdə tutulan təklif etdiyi müqavilədən razı deyil. Onun agentləri maaş və bonuslar olaraq üstəgəl 6-7 milyon avro tələb edirdilər.

26 yaşlı futbolçu ötən mövsüm 35 oyunda 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button