“DÇ-2022-nin heyətində yer almaq o qədər də asan deyil” – Dembele

“Lion”un hücumçusu Mussa Dembele Fransa millisinin 2022-ci il dünya çempionatı üçün heyətinə daxil ediləcəyinə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, güclü tərəflərini bildiyini deyib:

“İnanıram, çünki güclü tərəflərimi bilirəm. “Lion”dakı çıxışım buna qərar verəcək və mən şansım olması üçün hər şeyimi verməyə hazıram. Ancaq bilirəm ki, DÇ-2022-nin heyətində yer almaq o qədər də asan deyil”.

26 yaşlı hücumçu bu mövsüm “Lion”un heyətində 10 oyuna çıxıb, 2 qol vurub.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Fransa millisi D qrupunda Danimarka, Avstraliya və Tunislə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button