Dembele “Barselona” azarkeşlərinin onu fitə basmasına münasibət bildirib

PSJ-nin vingeri Osman Dembele Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə cavab oyunundan (4:1) sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunları deyib:

“Barselona” böyük klubdur. Mən onu sevirəm! Parisdə çox xoşbəxtəm və indi biz yarımfinala yüksəlirik. “Barselona” azarkeşlərindən fit? Bu, hər bir futbol stadionunda normaldır”.

Dembele bu mövsüm 36 oyun keçirib, 3 qol vurub və 14 məhsuldar ötürmə edib.

PSJ Çempionlar Liqasının yarımfinalında “Atletiko”nu ümumi hesabda (4:5) məğlub edən “Borussiya” (Dortmund) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button