De Rossidə koronavirus aşkarlandı, xəstəxanaya yerləşdirildi

Futbol üzrə İtaliya yığmasının və “Roma”nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, hazırda İtaliya millisində baş məşqçi Robero Mançininin köməkçilərindən biri olan 37 yaşlı sabiq futbolçunun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Onun məhz millinin düşərgəsində olarkən koronavirusa yoluxduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, İtaliya yığması ötən ayın sonlarında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyunlarını keçirdi. Məhz həmin toplanış dönəmində bu komandanın heyətində aralarında futbolçuların da olduğu 20 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.