De Byazi: “Böyümək üçün hələ çox yolumuz var”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “inter-news.it” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis AÇ-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib:

“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl beş qələbə qazanmamışdı, bu ilki biz həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir.

Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız olsa da, sonda uduzduq”.

Baş məşqçi ölkəsində işləmək fikrində olmadığını da deyib:

“Xaricdə milli komandaya və ya hansısa kluba daha çox üstünlük verərəm”.

Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button